İlkin nəticələr açıqlandı - Paşinyanın partiyası öndədir
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkisində səslərin 56.7 faizi ilə liderlik edir.
“BUTA.TV” xəbər verir ki, bu barədə “Civic News” internet resursu “Exit-poll” nəticələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası isə 17.5 faiz səs toplayır.
***
Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı məlumatlara görə, Paşinyanın partiyası səslərin 57,14%-ni toplayaraq liderlik edir.