İrana məxsus 5 neft tankeri məhv edildi - Video
ABŞ İrana məxsus beş neft tankerini məhv edib.
“BUTA.TV” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“CENTCOM qüvvələri sentyabrın 8-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə ballistik raketlərlə iki dəfə hücum etməsindən sonra İrana məxsus beş neft tankerini məhv edib, - deyə bildirilib.
CENTCOM-un məlumatına görə, Oman körfəzində yerləşən “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” tankerləri, eləcə də Xark adası yaxınlığındakı “Derya” gəmisi zərbələrə məruz qalıb.
Ərli qadınla yaşayan evli kişi polis çağırdı, özü həbs olundu