Rusiyada yaralılar üçün yer çatışmır: MN hərəkətə keçdi
Bu payız Rusiya ölkənin şimal-qərbindəki (Kareliya, Sankt-Peterburq şəhəri, həmçinin Leninqrad və Novqorod vilayətlərində) mülki tibb müəssisələrində əlavə olaraq 16 000–20 000 çarpayı yeri ayırmağı planlaşdırır. Moskva və Smolensk vilayətləri də siyahıya daxildir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın “Militarnıy” Teleqram kanalı məlumat yayıb.
“Hərbi hospitallar artıq yaralı axınının öhdəsindən gələ bilmir. Buna görə də Müdafiə Nazirliyi mülki xəstəxanalardakı palataları getdikcə daha çox öz nəzarətinə götürür, bəzi tibb müəssisələri isə tamamilə hərbi məqsədlər üçün yenidən təchiz edilir.
Müqayisə üçün qeyd edək ki, 2021–2026-cı illər ərzində Rusiya hərbi tibb müəssisələrindəki çarpayıların sayı təxminən 6300 ədəd artıb. İndi isə daha 16 000–20 000 çarpayının əlavə edilməsi planlaşdırılır ki, bu da həmin artım göstəricisini 2,5–3,2 dəfə üstələyir”, - məlumatda qeyd olunub.