Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Litvanın Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə dünya xəritəsindən silinəcəyini bəyan edib.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, Medvedyev sərt ritorikasını belə davam etdirib:

“Əgər Litva ərazisində nüvə silahı yerləşdirilsə və Rusiya cavab zərbəsi endirsə, NATO bu ölkəni müdafiə etməyəcək”, – Rusiya rəsmisi vurğulayıb.