Məlum olduğu kimi, Ukrayna dronlarının kütləvi hücumlarından dolayı Rusiyanın iri şəhərlərində yanacaq qıtlığı yaşanmaqdadır.

BUTA.TV xəbər verir ki, artıq Sankt-Peterburq şəhərində də ciddi yanacaq çatışmazlığı hiss olunur.

Belə ki, yanacaqdoldurma məntəqələrində (YDM) artıq uzun növbələr yaranıb.

Təhlillərə görə, 3-9 sentyabr tarixlərində benzinlə bağlı vəziyyətin pisləşməsinə görə, Peterburq Rusiyanın iri şəhərləri arasında anti-lider olub.

Dronların ölkədə ikinci ən böyük neft emalı zavodu -“Kinef”ə hücum etməsindən bir neçə gün sonra yanacaqdoldurma məntəqələrindən yanacaq yoxa çıxmağa başlayıb.

İldə 2 milyon ton benzin və 7 milyon ton dizel yanacağı istehsal edən neft emalı zavodunun hər iki qurğusuna ziyan dəyib və 30 avqustda istehsal tamamən dayanıb.