Bu, Rusiya ilə müharibə deməkdir - Putin
Avropa ölkələrinin ordularının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə demək olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, Rusiyanın Avropanı təhdid etməsi üçün heç bir əsas yoxdur.
Bundan əlavə, Putin Ukraynada baş verənlərə görə Qərb liderlərini günahlandırıb.