Qərb Putinin bu sözlərini eşidib – Patruşev
Qərb Vladimir Putinin Rusiya ticarət gəmilərini ələ keçirmək cəhdlərinə cavab verilməsi ilə bağlı sözlərini eşidib.
BUTA.TV xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Nə eşidiblərsə, elədir. Lakin Rusiya gəmilərini ələ keçirmək üçün növbəti cəhdlərin ola biləcəyi ehtimalını da istisna edə bilmərik”, - Patruşev bildirib.
Qeyd edək ki, Vladimir Putin Moskvanın bəzi ölkələrin hakimiyyət orqanlarının beynəlxalq dəniz hüququnu pozaraq Rusiya iqtisadi subyektlərinə məxsus gəmilərin hərəkətini məhdudlaşdırmaq cəhdlərini müşahidə etdiyini demişdi.