Makronun reytinqi kəskin düşdü: cəmi 16%...
Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord səviyyədə aşağı düşüb: 12 sentyabrda dərc edilən “Ipsos bva-CESI” sorğusuna görə, fransızların yalnız 16%-i onun fəaliyyətini bəyənir ki, bu da iyul ayındakı 21%-dən çox aşağıdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazıb.
Makronun fəaliyyətinə mənfi qiymət verənlərin payı iki ayda yeddi faiz bəndi artaraq 81%-ə çatıb.