ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır - Rayt
ABŞ İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etdiyi təqdirdə İranı nüvə yanacağı ilə təmin edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt "Blumberq" agentliyinə deyib.
"Biz (İrana nüvə) yanacağı xaricdən tədarük edə bilərik. Onlar yenidən ölkələr birliyinə qoşula, öz xalqına sülh və rifah gətirə bilərlər", - o bildirib.
Rayt əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə proqramı məsələsini danışıqlar yolu ilə həll etməyə üstünlük verərdi, lakin hərbi əməliyyatlara da hazırdır.