Tramp açıqladı: 11 sentyabr teraktı ilə bağlı gizli məlumatlar...
ABŞ Prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror hücumları ilə bağlı əlavə materialları məxfilikdən çıxaracağını istisna etməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri İrlandiyadan ABŞ-a yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
"Geri qayıdanda buna baxacağam. Bilirəm ki, bunu cümə günü (11 sentyabr) belə bir xahişlə mənə müraciət olunub", - deyə Tramp qeyd edib.
Qeyd edək ki, 11 sentyabrda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 11 sentyabr 2001-ci il terror hücumları ilə bağlı bir sıra məlumatları məxfilikdən çıxarıb. Bu sənədlər 1998-ci ilin fevralından 2001-ci ilin sentyabrına qədər olan dövrü əhatə edir.