ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bredli Kuper İrana qarşı müharibə səbəbindən mümkün sursat çatışmazlığından narahat olmadığını bildirib.

BUTA.TV xəbər verir ki, o, bu barədə "CBS Nyus"a verdiyi müsahibədə deyib.

"Mən qətiyyən narahat deyiləm. Biz yaxşı təchiz olunmuşuq və hər hansı gözlənilməz situasiyaya hazırıq", - Kuper bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ mediasında Pentaqonun əsas sursat ehtiyatlarının azalması ilə bağlı məlumatlar yayılmışdı.