ABŞ-nin Kiyevdəki səfirliyi Ukraynanın adı açıqlanmayan qurumunun ehtiyacları üçün təxminən 86 min dollar dəyərində iPhone17 smartfonlarının alınması ilə bağlı müqavilə bağlayıb.

“BUTA.TV” xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin müvafiq hökumət sənədinə istinadən “RİA Novosti” yayıb.

Bildirilib ki, həmin müqavilə sentyabrın 10-da Ukraynanın “C.T. Line LLC” şirkəti ilə bağlanıb. Sənədlərdə alınacaq smartfonların dəqiq sayı qeyd olunmayıb.

Bununla belə, ABŞ-də iPhone17 smartfonlarının minimal qiyməti 899 dollar təşkil edir, buna görə də, müqavilənin qiyməti nəzərə alınmaqla təqribən 95 ədəd belə telefon alınacağı güman edilir.

İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar