Putin SSRİ-ni bərpa etməyə çalışır, hədəf bu ölkədir - Petreus
Rusiya Prezidenti Vladimir Putin daim Sovet İttifaqını bərpa etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş direktoru Devid Petreus deyib.
“Növbəti hədəfin Litva olacağını düşünmürəm. Çox güman ki, bu, Moldova olacaq, çünki o, bu baxımdan xeyli zəifdir.
Avropa ölkələri də buna hazır deyil. Onların heç biri müharibə, müdafiə və təhlükəsizlik konsepsiyalarında zəruri inqilabi dəyişiklikləri həyata keçirməyib”, - Petreus bildirib.