Ukrayna Prezidenti Vladimir Zelenski Baş prokuror Ruslan Kravçenkonun vəzifəsindən azad edilməsi barədə qərarı təsdiqləyib.

BUTA.TV xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq fərman imzalayıb.

"Ruslan Andriyoviç Kravçenko Baş prokuror vəzifəsindən azad edilsin", - deyə fərmanda bildirilib.

Qeyd edək ki, R.Kravçenko siyasi səbəblərdən istefa verdiyini açıqlamışdı.