İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini məhv etmək məqsədilə Qəzza sektoruna zərbələr endirib.

BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

Bildirilib ki, əməliyyat nəticəsində Rəfah şəhərindəki HƏMAS briqadasının komandiri Nail Əbu Ubeyd öldürülüb.

Məlumata görə, o, həm də radikal hərəkatın hərbi qanadının əməliyyat qərargahının rəhbəri olub. İsrail onu HƏMAS-ın yüksək rütbəli rəhbərliyi arasında əsas fiqur kimi qiymətləndirib.