İranla müharibə yeni mərhələyə keçir - Vens
ABŞ-la İran arasında münaqişə yaxın aylarda tamamilə yeni mərhələyə keçəcək.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens çıxış edib.
O vurğulayıb ki, ABŞ artıq İranın nüvə proqramının və İslam Respublikasının silahlı qüvvələrinin məhv edilməsini nəzərdə tutan münaqişənin birinci mərhələsini başa çatdırıb.
Qeyd edək ki, ötən həftə Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin noyabr ayında keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bəyan edib.