Rusiya son həftələr ərzində Ukrayna Prezidenti Vladimir Zelenskinin olduğu təyyarəyə iki dəfə hücum etməyə cəhd göstərib.

BUTA.TV xəbər verir ki, bu barədə Zelenski özü “CBS Nyus” telekanalına müsahibəsində bildirib.

“Moldovada mənim prezident təyyarəm var idi və məhz buna görə onlar Moldovaya hücum etdilər. Evə qayıdanda yenidən Kişinyov üzərindən uçduq və onlar eyni şeyi təkrarladılar”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, sentyabrın 9-da Norveçin Baş naziri Yonas Qar Störe Zelenskinin təyyarəsinin Moldovadan havaya qalxarkən ciddi təhlükə ilə üzləşdiyini bildirmişdi.

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video - Fotolar Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video - Fotolar