ABŞ İsrailə bunkerdağıdan bomba verir
ABŞ Prezidenti Donald Tramp administrasiyası İsrailə təxminən 2,8 milyard dollar dəyərində ağır bombalar satmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, Tramp administrasiyası İsrailə 2000 funtluq (təxminən 907 kq) bomba satmaq üçün çoxmilyardlı bir müqavilə hazırlayır ki, bu da son illərdə ən böyük müqavilə ola bilər.
Məlumata görə, satışa 20 min MK-84 hava bombası, 20 min BLU-117 bombası və eyni sayda I-2000 kimi tanınan BLU-109 bunkerdağıdan bombası daxildir.