Ukrayna ordusu irəliləyir, sərhədi keçdi - Fotofakt
Foto
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun bölmələri Jerebets çayını keçib və Luqansk vilayətinin içərilərinə doğru hücumu davam etdirməyə çalışırlar.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın məşhur “Rıbar” Teleqram kanalı məlumat yayıb.
Kanal bildirib ki, Jerebets çayının şərq sahilində Ukrayna ordusunun diversiya bölmələri yerləşib və Terna və Yampolovka yaşayış məntəqələrinə girməyə çalışırlar:
“Bu kəndlər Limanın qərbindəki Rusiya platsdarmı üçün təchizat marşrutu rolunu oynayırdı və burada düşmənin fəallığı çayın hər iki sahilindəki çətin vəziyyətdən xəbər verir”.
Ukrayna kanalları isə ordu bölmələrinin Limandan 12 km şimal-şərqdə və Jerebets çayından 4 km qərbdə yerləşən Kolodezi kəndini azad etdiyini bildirib.
Bundan başqa, Zareçnoye kəndinin şimal hissəsinin azad edildiyi qeyd olunub.