Yaxın günlərdə günəş aktivliyinin artması gözlənilir.

BUTA.TV lent.az-a istinadla xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozu Mərkəzi sentyabrın 17-19-u üçün günəş və geomaqnit aktivliyi proqnozunu yayıb.

Geomaqnit qasırğaları intensivlik səviyyəsinə - K-indeksinə - görə 2-dən 9-a qədər təsnif edilir. K-indeksi nə qədər yüksəkdirsə, qasırğa, eləcə də onun nəticələri və insanlara və avadanlıqlara təsiri bir o qədər güclüdür.

Sentyabrın 17-də günəş aktivliyinin artması gözlənilir. Bu, geomaqnit aktivliyinin artmasına və qırmızı həyəcan siqnalına uyğun gələn K indeksi 5 olan maqnit qasırğsına səbəb olacaq. Belə bir qasırğa hava şəraitinə həssas olanların rifahına təsir göstərə bilər.

Günəş aktivliyi 1sentyabrın 18-dən etibarən azalmağa başlayacaq. Geomaqnit aktivliyinin sarı səviyyəsinə uyğun gələn K indeksi 4 olan maqnit pozuntuları gözlənilir.

Sentyabrın 19-da vəziyyət dəyişməz qalacaq: Günəş aktivliyi orta səviyyədə qalacaq, geomaqnit vəziyyəti isə sarı səviyyədə qalacaq. Bu günlərdə güclü və ya nəzərəçarpan maqnit qasırğları proqnozlaşdırılmır.

Qeyd etmək lazımdır ki, günəş aktivliyi üzrə tədqiqatçılar məlumatları hər üç saatdan bir yenilədiyindən proqnoz dəyişə bilər. Astrofiziklər qeyd edirlər ki, bir gün əvvəl verilən proqnozlar ən dəqiqdir, digər proqnozlar isə yalnız təxmini xarakter daşıyır.