ABŞ Türkiyə şirkətini sanksiya siyahısından çıxartdı
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə bağlı sanksiya siyahısından bir fiziki və bir hüquqi şəxsin çıxarıldığını elan edib.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, dərc olunmuş rəsmi sənədə əsasən, məhdudiyyətlər Türkiyənin “Modulsan Makina Kesici Takim ve Disli Sanayi Ticaret Limited Şirketi” şirkətindən və İsveçrə vətəndaşı Hans Peter Bomatter La Zubiyadan götürülüb.
Qurum qərarın səbəbləri ilə bağlı əlavə açıqlama verməyib.
Eyni zamanda, sentyabrın 16-da ABŞ Konqresinin Nümayəndələr Palatası prosedur səsverməsi çərçivəsində Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Sənədin lehinə 214 konqresmen səs verib, 211 demokrat isə əleyhinə çıxış edib.
Bildirilir ki, Nümayəndələr Palatasındakı demokrat rəhbərlər sanksiya layihəsinin əleyhinə olsalar da, fraksiyanın bir sıra üzvləri bu mövqe ilə razılaşmayaraq lehinə səs veriblər.