ABŞ Federal Ehtiyatlar Sistemi (FES) yüksək inflyasiyanı cilovlamaq məqsədilə uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz diapazonuna çatdırıb.

BUTA.TV xəbər verir ki, bu, FES-in 2023-cü ildən bəri uçot dərəcəsini ilk dəfə artırmasıdır.

“Bugünkü qərar inflyasiyanın 2 faizlik hədəfə daha tez qaytarılmasına kömək edəcək”, – deyə qurumun açıqlamasında bildirilib.

FES-in açıqladığı proqnozlara əsasən, uçot dərəcəsi bu ilin sonunadək daha bir dəfə artırıla bilər.