Münaqişənin başlanğıcından bəri Avropanın Ukraynaya göstərdiyi ümumi yardımın məbləği 220 milyard avrodan çoxdur.

BUTA.TV xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas AP-də çıxışında deyib.

Kallasın sözlərinə görə, AB və onun üzv dövlətləri Ukraynaya 78 milyard avrodan çox hərbi dəstək veriblər.

O qeyd edib ki, Kiyevə verilən 90 milyard avroluq kreditdən 60 milyard avro hərbi yardım üçün nəzərdə tutulub.