Sİ ilə bağlı təhdidləri Çinlə müzakirə etməyə hazırıq
ABŞ süni intellekt (Sİ) texnologiyasının inkişafı ilə bağlı hər iki ölkəyə təsir edən təhdidləri Çinlə müzakirə etməyə hazırdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent "Axios"a verdiyi açıqlamada deyib.
"ABŞ süni intellekt sahəsində lider olaraq qalır və biz ortaq risklərdən və iki sistemimizin fərqliliyindən necə yayınmaq barədə müzakirələrə açığıq", - deyə o bildirib.
Qeyd edilir ki, ABŞ və Çin arasında Sİ və ticarət-iqtisadi məsələlər üzrə məsləhətləşmələr bu həftə sonu Nyu-Yorkda keçiriləcək.