ABŞ Prezidenti Donald Tramp Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan və erməni din xadimləri ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Ermənistan səfirliyi tərəfindən Ağ Evin Dini İşlər İdarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub:

“Görüşdə, həmçinin Dini İşlər İdarəsinin rəhbəri, Trampın uzun illərdir ruhani məsləhətçisi olan Paula Uayt-Keyn və idarənin direktoru Cennifer S.Korn iştirak edib. Görüş iştirakçıları Ermənistan və ABŞ arasındakı münasibətləri, iki xalq arasında xristian-sivilizasiya əlaqələrini, dini azadlıq məsələlərini və sülh və sabitliyin bərqərar olması səylərini müzakirə ediblər. Xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində iman və mənəvi dəyərlərin rolu ayrıca qeyd olunub”.