Ermənistanda zəlzələ oldu, bu ərazilərdə hiss edildi
Ermənistanda zəlzələ baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 12:17-də Şoğakat kəndindən 3 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 2,8 olub.
Zəlzələnin episentrində təkanların gücü 3-4 bal təşkil edib.
Yeraltı təkanlar Geğarkunik vilayətinin Şoğakat, Artaniş, Draxtik və Cil kəndlərində hiss olunub.
Dağıntı və tələfatbarədə məlumat verilməyib.