Mirziyayev gələn ay Azərbaycana gələcək
Özbəkistan Prezidenti Şövkət Mirziyayev gələn ay Azərbaycana gələcək.
BUTA.TV xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova deyib.
"Şövkət Miramanoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, oktyabrın 15-də Аsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti keçiriləcək.
Hakan Fidan iddiası və daxili məsələləri - Azərbaycana bağlamaq cəhdi