Bu anı səbirsizliklə gözləyirəm - Vuçiç
Bu, asan olacaq. Mən ən çox xalqımın arasında olmağa sevinirəm.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verəcəyi barədə danışarkən deyib.
“Öhdəliyim "Karpat təşəbbüsü"nə getmək, Nyu Yorka səfər etmək və orada bir çox liderlə görüşməkdir. Lakin geri qayıtmağı və sentyabrın 28-də, istefa verdikdən sonra avtomobilimə minib öz xalqımın arasına qarışmağı səbirsizliklə gözləyirəm", – Vuçiç bildirib.
Qeyd edək ki, Vuçiç prezidentlikdən istefa verərək, parlament seçkilərində komandasına rəhbərlik etmək niyyətini elan edib.