Husilər Səudiyyəyə güclü zərbələr endirdi
Husilər çox sayda ballistik raket, eləcə də drondan istifadə edərək iki uğurlu hərbi əməliyyat həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə hərəkatın sözçüsü Yəhya Səriya məlumat yayıb.
“Birinci əməliyyat Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı vacib obyektləri, ikincisi isə Yanbudakı "Aramko" obyektlərini hədəf alıb. Hər iki əməliyyat genişmiqyaslı yanğınlarla nəticələnib”, - deyə sözçü qeyd edib.
Səriya zərbələrin Səudiyyə Ərəbistanının hücumlarına cavab olduğunu vurğulayıb.