Ukrayna bu gün Moskvaya qarşı ən böyük PUA hücumlarından birini həyata keçirib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Rusiyaya 1600-dən çox, o cümlədən Moskvaya 450 PUA hücumu olub.

Hücum zamanı Moskva vilayətindəki "Kapotnya" neft emalı zavodu və yaşayış binaları vurulub.

Zərbələr nəticəsində Moskva vilayətində 2 nəfər həlak olub.

Qeyd edək ki, "Kapotnya" zavodu Moskva vilayətindəki ən böyük neft emalı müəssisəsidir.