2027-ci ildə ünvanlı dövlət sosial yardımlarının verilməsi üçün büdcədən 470 milyon manat ayrılması planlaşdırılır.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.

Sosial müavinətlər, Prezident təqaüdləri və müvafiq kateqoriyadan olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması xərcləri üçün isə ümumilikdə 2 milyard 247 milyon manat nəzərdə tutulur.

Bu vəsait yaşa, əlilliyə, ailə başçısını itirməyə görə və digər sosial müavinətləri, həmçinin müharibə veteranlarına, şəhid ailələrinə və digər müvafiq kateqoriyalara ödənilən Prezident təqaüdlərini əhatə edir.

Ümumilikdə, gələn il sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 914 milyon manat proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 41 milyon manat çoxdur.

Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı