İşləyən analara verilən müavinət üç dəfəyə yaxın artırılır
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində artım nəzərdə tutulur.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Belə ki, üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37.58 manatdan 100 manata qaldırılır.
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO