Azərbaycanda məktəbli 33 yaşlı kişini bıçaqladı
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.
Faktla bağlı araşdırma aparılır.
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO