Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Buraxılış Cənubi Koreya hərbçiləri tərəfindən qeydə alınıb.

Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.