Hakim Vahid Rusiya Partiyası Rusiya Dövlət Dumasına seçkilər çərçivəsində ilk protokolların işlənməsindən sonra partiya siyahısı üzrə səslərin 57,54%-ni toplayır.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası bildirib.

Seçki komissiyasının rəhbəri Ella Pamfilova deyib ki, hazırda protokolların 13,88%-i işlənib.

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) seçki məntəqələrindən çıxışda keçirdiyi sorğuların nəticələrinə görə, Dövlət Dumasına seçkilərdə Vahid Rusiya (VR) liderlik edir – respondentlərin 49,4%-i onun siyahısına səs verib. Sonrakı yerlərdə Rusiya Federasiyası Kommunist Partiyasının (14,2%), Liberal Demokrat Partiyasının (10,7%), Yeni İnsanlar Partiyasının (9,7%) və Ədalətli Rusiya Partiyasının (6,6%) siyahıları qərarlaşıb.

VTSİOM-un ekzit-poll məlumatlarına görə, digər partiyalar 5%-lik seçki baryerini keçə bilmir.

Üç günlük səsvermənin başa çatmasına beş dəqiqə qalmış, Moskva vaxtı ilə saat 20:55-də (Bakı vaxtı ilə 21:55) seçici fəallığı 56,66% təşkil edib.

Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilmiş dörd parlament seçkilərindəki seçici fəallığından yüksəkdir. Yekun seçici fəallığı göstəricisi daha sonra açıqlanacaq.

Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video - Fotolar Şuşada Ərdoğanın rəsmi qarşılanma mərasimi - Video - Fotolar