Zaxarova sevindi: İrəvan liderdir!
İrəvan Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə xaricdəki ən fəal seçki məntəqələri sırasında yer alıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vesti” telekanalının efirində bildirib.
Onun sözlərinə görə, seçici fəallığı baxımından xaricdəki seçki məntəqələri arasında İrəvanla yanaşı Belqrad, Kipr, Kişinyov, Pxenyan, Pxuket və Qazaxıstan da ön sıralarda qərarlaşıb.
“Ən fəal seçki məntəqələri sırasında İrəvan, Belqrad, Kipr, Kişinyov, Pxenyan, Pxuket və Qazaxıstan lider olub”, – Zaxarova deyib.
Diplomat bu il xaricdə yaşayan Rusiya vətəndaşlarının seçkilərdə iştirak səviyyəsinin “son dərəcə yüksək” olduğunu bildirib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 18-20-i aralığında baş tutub.