Rusiya “Şahid”lərin istehsalını kəskin artırır
Rusiya 2029-cu ilə qədər “Şahid” PUA-larının istehsalını 78% artırmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb.
“Rusiya Tatarıstanda yerləşən “Alabuqa-Volokno” zavodunun istehsal gücünü artırır. Zavod kamikadze tipli pilotsuz uçuş aparatlarının gövdələrinin hazırlanmasında əsas komponent hesab olunan karbon lif istehsal edir. Zavodun genişləndirilməsi Moskvaya 2029-cu ilə qədər ildə əlavə 500 ton karbon lifi istehsal etməyə imkan verəcək. Bu genişləndirmə nəticəsində ildə əlavə 28 min zərbə PUA-sının istehsalı mümkün olacaq. Beləliklə, istehsal həcmi 78% artacaq. Rusiya hazırda ildə 36 mindən çox kamikaze dron istehsal etmək gücünə malikdir”, - məlumatda deyilib.