Putinin partiyası nə qədər səs toplayıb?
Bülletenlərin 90,43%-nin sayılmasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərin federal seçki dairəsi üzrə səslərin 57,86%-ni qazanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, Rusiya Kommunist Partiyası 13.84, Rusiya Liberal Demokrat Partiyası 8.9, Yeni İnsanlar Partiyası 7.94 faiz səs toplayaraq, Dumaya düşə biliblər.
Ədalətli Rusiya Partiyası isə 4.95 faiz səs toplayıb və Dumadan kənarda qalıb.
Qeyd edək ki, Dövlət Dumasına seçkilər 18-20 sentyabr tarixlərində keçirilib.