Seçki başa çatmamış Tokayev Putini təbrik etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi münasibətilə təbrik edib.
BUTA.TV xəbər verir ki, bu barədə Tokayevin Mətbuat Xidməti məlumat yayıb.
“Səsvermə Rusiyanın ictimai-siyasi həyatında əhəmiyyətli hadisə olub və onun nəticələri Vladimir Putinin strateji kursuna geniş dəstəyi inandırıcı şəkildə nümayiş etdirir”, - Tokayev bildirib.