Deputatın uzun fasilədən sonra çıxışı və ChatGPT barədə sözləri maraq doğurdu

Milli Məclisin deputatı Mircəlil Qasımlının parlamentdə süni intellekt və ChatGPT ilə bağlı fikirləri diqqət çəkib.

BUTA.TV xəbər verir ki, deputat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında ChatGPT-dən danışaraq onun insanlarla ünsiyyəti və istifadəçinin verdiyi suallar əsasında müəyyən məlumatlar formalaşdırması barədə fikirlərini bölüşüb.

Mircəlil Qasımlı bildirib ki, hər bir insan öz beyninə uyğun şəkildə ChatGPT ilə ünsiyyət qurur və burada əsas məqam düzgün sual verməkdir.

Deputatın sözlərinə görə, ChatGPT gələcəkdə insanları tanımaq baxımından da rahat vasitə ola bilər. O qeyd edib ki, istifadəçinin uzun müddət ərzində verdiyi suallar onun maraqları və düşüncə tərzi barədə müəyyən təsəvvür yarada bilər.

Qeyd edək ki, deputatın uzun müddətdən sonra parlamentdə çıxış etməsi və çıxışında məhz son dövrlərdə geniş müzakirə olunan süni intellekt və ChatGPT mövzusuna toxunması da diqqət çəkən məqamlardan biri olub.