Ermənistan Baş naziri Nikol Paşinyan iqtisadiyyat üzrə Nobel mükafatı laureatı və dünyanın aparıcı iqtisadçılarından olan Abijit Banerci ilə görüşüb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin saytında məlumat yayılıb.

Görüş zamanı Ermənistanda iqtisadi islahatlarla bağlı fikir mübadiləsi aparılıb. Banerci islahatları daha effektiv şəkildə irəli aparmaq üçün erməni tərəfdaşları ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.