Süni intellekt bəşəriyyəti yox edə bilər: ekspertlər xəbərdarlıq edir
Süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artıb — bəzi araşdırmaçılar bu texnologiyanın gələcək 10 il ərzində bütün bəşəriyyəti yox etmə ehtimalının 10%-dən çox olduğunu iddia edir.
BUTA.TV xəbər verir ki, bu barədə BBC yazıb.
Sabiq OpenAI və Anthropic işçisi Jacob Coxon bildirib ki, süni intellekt sistemləri elektrik şəbəkələri və internet provayderləri kimi kritik infrastrukturlara sızaraq xaos yarada bilər. Digər ssenaridə isə tədqiqatçı Thomas Larsen xəbərdarlıq edib ki, öz-özünü təkmilləşdirən süni intellekt gələcəkdə biolojoji silahdan istifadə edərək insanların çoxunu məhv edə və robotlarla idarə olunan iqtisadiyyatı özü idarə edə bilər.
Filosof Nick Bostrom isə "atəş maksimizasiyası" adlı fərziyyəni xatırladıb — bu ssenariyə görə, dar məqsədə proqramlaşdırılmış süni intellekt həmin məqsədə çatmaq üçün insanlığı maneə kimi aradan qaldıra bilər.
Bununla belə, bəzi ekspertlər, o cümlədən alim Gary Marcus, bu qiyamət ssenarilərinin şişirdildiyini, əsl təhlükənin isə insanların süni intellektdən digər insanlara qarşı istifadə etməsi olduğunu bildirir.
ABŞ Prezidenti Donald Tramp isə süni intellektin təhlükəsizliyi ilə bağlı narahatlıqları "aldatma" adlandırıb.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"