Rusiyaya qarşı bunu araşdırırıq - Tramp
ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun tətbiqi imkanlarını araşdırdığını bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Tramp Nyu Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz, şübhəsiz ki, bunu araşdırırıq. Bu, çox sərt qanun layihəsidir”, – Tramp vurğulayıb.
Tramp, həmçinin Çin Sədri Si Szinpinlə görüşündə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar məsələsini müzakirə edə biləcəyini söyləyib.
Qeyd edək ki, bir neçə gün öncə Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Rusiya neft və qazının əsas alıcılarına qarşı 100 faizə qədər tariflərin tətbiqi imkanları nəzərdə tutulur.
Əlillik ala bilməyən qazi ilə bağlı TƏBİB-dən açıqlama: "Meyarlara uyğun deyil"