Bu ölkəyə də vizasız gedə biləcəyik - Saziş imzalandı - Fotolar
Foto
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.
XİN-dən “BUTA.TV”ya bildirilib ki, görüşdə Azərbaycan-Kolumbiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazirlər iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçiriblər.
Tərəflər, həmçinin BMT çərçivəsində çoxtərəfli platformalarda əməkdaşlıq, regional və beynəlxalq məsələlər, eləcə də qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün yekununda Azərbaycan Hökuməti ilə Kolumbiya Hökuməti arasında “Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalanıb.
Saziş Azərbaycan və Kolumbiya arasında əlaqələrin hüquqi və institusional əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcək.
PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır

