Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin “Rusiyanı Türk Dövlətləri Təşkilatına daxil edək” təklifinə Ankara “yox” dedi.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Türk Dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu Rusiyanın təşkilata üzvlüyünün mümkün olmadığını belə əsaslandırıb:

“Hər hansı dövlətin Türk Dövlətləri Təşkilatına üzvlüyü və ya müşahidəçi statusunda qatılması üçün rəsmi dili türk dillərindən biri olmalıdır. Rusiya bu tələbə cavab vermir”.

Kürşad Zorlu Rusiyanın vaxtilə verdiyi bir qərarı da xatırladıb: “1993-cü ildə təsis olunan TÜRKSOY-a Rusiyadan Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakut və Tatarıstan da qatılmışdılar. Ancaq Rusiya Federasiyasi 2015-ci ildə aldığı qərarla bu bölgələrin TÜRKSOY-dakı fəaliyyətlərini dondurdu”.

Yəni Türkiyənin hakim partiyasının nümayəndəsi bununla demək istəyib ki, vaxtilə ölkəsindəki türklərin türk dünyası ilə mədəni əlaqələrinin inteqrasiyasına mane olan ölkə Türk Dövlətləri Təşkilatına üzv ola bilməz”, - o qeyd edib.

Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat - VİDEO