Trampdan Zelenskiyə cavab: Maskla özün danış!
Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı "Starlink" vasitəsilə Rusiyaya zərbələr endirilməsi məsələsini yenidən qaldırıb, lakin Ağ Ev rəhbəri onu İlon Maska yönləndirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyusmaks”ln jurnalisti Naya Sacaya məlumat yayıb.
“Ukraynalılar həmçinin Rusiya daxilindəki hədəfləri vurmaq üçün "Starlink"dən istifadə məsələsinə toxundular. Buna cavab olaraq ABŞ prezidenti dedi: "Bu barədə İlonla danışmalısınız", - jurnalist bildirib.
Qeyd edək ki, bir müddət öncə İlon Mask Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün “Starlink”dən istifadə etməyə icazə verməmişdi.
PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır