Narkobaronlar ukraynalı operatorları işə götürür
Meksikalı narkotik kartelləri ukraynalı dron operatorlarını işə götürməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbəyə istinadla məlumat yayıb.
“Cinayətkar qruplar PUA-ları idarə etmək təcrübəsi olan Ukrayna vətəndaşlarına üstünlük verirlər. Kartellər dronlardan ABŞ sərhəd nəzarətindən yayınmaq, hüquq-mühafizə orqanlarını izləmək və qaçaqmalçılıq marşrutlarını müəyyən etmək üçün istifadə edirlər. Buna cavab olaraq, ABŞ tərəfi dronlara qarşı mübarizə səylərini gücləndirib və yeni lazer sistemlərini yerləşdirməyə başlayıb.
Meksika sərhədinin cənubunda dron texnologiyasının inkişafı ABŞ Prezidenti Donald Trampın narkotiklərlə mübarizə kampaniyasını çətinləşdirə bilər. Ən azı bir kartelin sərəncamında altı-səkkiz pərli dron var. Bu aparatlarla saatlarla uçuş həyata keçirmək və 68 kiloqramadək yük daşımaq mümkündür”, - məlumatda deyilib.
PeşəFestdə məqsəd nədir: peşə seçimi, yoxsa əyləncə? — Agentlik rəhbərinin videosu müzakirə yaradır