Tramp süni intellektin adını dəyişməyi təklif edib - Super intellekt
ABŞ Prezidenti Donald Tramp süni intellekt (AI) terminini "super intellekt" adı ilə əvəz etməyi təklif edib.
BUTA.TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
"Bundan sonra Birləşmiş Ştatların bütün sənədlərində, ümid edirəm ki, dünyada da, daha dəqiq termin olan 'super' sözü 'artificial' sözü əvəzinə istifadə olunacaq. Yəni bu, 'super intellekt' olacaq" - deyə Tramp bildirib.
O əlavə edib ki, "artificial intelligence" termini texnologiyanı "saxta kimi göstərir". Trampın "Truth Social" platformasında keçirdiyi sorğuda "super intelligence" adı qalib gəlib.
Bununla belə, ekspertlər yeni adın sənayedə geniş yayılacağına şübhə ilə yanaşırlar, çünki "super intellekt" termini adətən daha inkişaf etmiş, hələ mövcud olmayan sistemləri təsvir etmək üçün istifadə olunur.
Səfər Mehdiyevin yaxın adamının 6 minlik pensiyası kəsildi - Məhkəməni uddu