Pezeşkian Paşinyana kitab hədiyyə etdi - Video
Video
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana Amerikanın İrana hücumlarının nəticələri haqqında kitab hədiyyə edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Pezeşkian kitabı BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda iki ölkə liderləri arasında aparılan danışıqlardan sonra verib.
Kitabda İrana hücumların nəticələri, o cümlədən itkilər və dağıntılar barədə məlumatlar yer alıb.
İran prezidenti həmçinin kitabın nüsxələrini İsveçrə prezidenti də daxil olmaqla, digər liderlərə təqdim edib.
Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR