Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb. 

BUTA.TV” xəbər verir ki, bununla bağlı MN məlumat yayıb.

“Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi.

Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm.

Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin”, - başsağlığında deyilir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb. Onlardan 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir. 

Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR Ukraynalı qızların intim görüntüləri skandala səbəb oldu - FOTOLAR